Turbulentlik hava axınının pozulması səbəbindən təyyarənin silkələnməsi deməkdir.

İndex.az xəbər verir ki, həm nizamsız hava axınları, həm də küləyin dəyişməsi turbulentliyə səbəb olur.

Bəs güclü turbulentlik təyyarəyə zərər verə bilərmi?

Ümumiyyətlə, turbulentliyin təyyarəyə təsiri silkilənmə və ya vibrasiyadan ibarətdir. Təyyarə istehsal olunarkən qanadları həddindən artıq gərginlik və yük altında qalaraq sınaqdan keçirilir.

Qanadlar həmçinin turbulentlik kimi vəziyyətlərdə çevik olmaq üçün nəzərdə tutulub. Bu çeviklik turbulentliyin təsirlərini yüngülləşdirir və təyyarənin daha stabil uçmasına şərait yaradır.

Qısacası, qanadlar normal uçuş zamanı qarşılaşa biləcəkləri yüklərə qat-qat dözmək üçün sınaqdan keçirilir və istehsal olunur. Bu səbəbdən çox güclü turbulentlik güclü sarsıntıya səbəb olsa da, təyyarənin bütövlüyünə xələl gətirə bilməz.