“Coca-Cola” şirkəti “Coca-Cola”, “Fanta”, “Sprite” və “MezzoMix” brendlərinin milyonlarla məhsulunu dövriyyədən çıxarmaq qərarına gəlib.
İndex.az xəbər verir ki, bu geri çağırma Avstriyada ümumilikdə 26 milyon məhsulu əhatə edir və sözügedən məhsulların yaxın günlərdə məhv edilməsi planlaşdırılır. Çıxarılan məhsullar istehsalın son iki ayına aiddir.
Xatırladaq ki, geri çağırma 500 millilitrlik şüşə "Coca-Cola" (Coca-Cola, Coca-Cola Zero, Coca-Cola Zero Limon, Coca-Cola Zero Sugar Zero Coffeine, Coca-Cola Light), "Fanta" (Fanta Orange, Fanta Orange Zero, Fanta Lemon, Fanta Exotic Zero), "Sprite" (Sprite, Sprite Zero) və müxtəlif "MezzoMix" markalı limonad məhsullarını əhatə edir.
İstehlakçılar qəbz göstərmədən məhsulları aldıqları yerə apararaq pulunu geri ala bilərlər. "Coca-Cola HBC Austria GmbH" bu hadisəyə görə təəssüfləndiyini bildirib və müştərilərindən üzr istəyib.
Səlahiyyətlilər pərakəndə satış mağazalarına və qida və içki şirkətlərinə xəbərdarlıq edib ki, bu məhsulları dərhal satışdan çıxarsınlar.
