Çinlə əlaqəli “Chimera” adlı haker qrupu iki il yarım ərzində Hollandiyanın yarımkeçirici nəhəngi NXP şəbəkəsinə sızaraq onun məlumatlarını, o cümlədən çip dizaynlarını oğurlayıb.

İndex.az xəbər verir ki, hakerlər şirkətin şəbəkəsində iki il yarım ərzində aşkar olunmayıb.

Hücum KLM-in törəmə şirkəti olan Hollandiyanın “Transavia” aviaşirkətinə edilən oxşar hücumdan sonra aşkar edilib.

Hakerlər “Transavia”nın rezervasiya sisteminə 2019-cu ilin sentyabrında daxil olublar.

Mövzu ilə bağlı aparılan araşdırmalar nəticəsində NXP-nin İP ünvanları ilə əlaqə üzə çıxıb, dərin araşdırma nəticəsində isə NXP-nin sındırıldığı aydın olub.