Çinin yanvar-oktyabr aylarında sənaye mənfəəti azalıb.
İndex.az xəbər verir ki, Çində sənaye müəssisələrinin mənfəəti yanvar-oktyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalaraq 2022-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, oktyabr ayında qeydə alınan azalma sentyabr ayında qeydə alınan 9%-lik azalmadan daha kiçik olub.
Ekspertlərin fikrincə, pandemiyadan sonra bazar inamını artırmaq üçün daha çox stimulverici hərəkətlər həyata keçirilməlidir.
Bu azalmadan sonra Çinin “CSI 300” indeksi 0,75% azalıb.
