Çinin ixracatı son altı ayda ilk dəfə artaraq iqtisadçıların gözləntilərini üstələyib.
İndex.az xəbər verir ki, Çinin noyabr ayında ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artıb.
Lakin Çinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azalıb.
İqtisadçılar idxalın 3,3% artacağını proqnozlaşdırırdı.
Noyabrda Çinin ticarət balansı oktyabr ayında qeydə alının 56,53 milyard dollardan 68,39 milyard dollara yüksəlib.
Proqnozlar ticarət balansının 58 milyard dollar olacağı idi.
