Çinin mənzil sektorunda yaşanan böhran səbəbiylə hökumətin güclü addımlar atacaq.

İndex.az xəbər verir ki, Çində ən yüksək qərar vermə mexanizmi olan 24 üzvdən ibarət Siyasi Büro daşınmaz əmlak sektorunda böhranın aradan qaldırılması üçün müvafiq siyasətlərin yaradılacağı mesajını verib.

"Sinxua" xəbər agentliyinin məlumatına görə, bəyanatda iqtisadiyyatın yeni çağırışlarla üzləşdiyi, daxili tələbatın yetərli olmadığı və iqtisadiyyatın dirçəlişinin çətinlik doğurduğu bildirilib.

Bu kontekstdə makro tənzimləmələrin qüvvəyə minəcəyi, ehtiyatlı pul siyasətinin davam etdiriləcəyi və daşınmaz əmlak sektorunda lazımi vaxtda lazımi siyasətlərin həyata keçiriləcəyi bildirilib.