"Wall Street" bankları Çinlə bağlı artım proqnozlarını aşağı saldıqdan sonra "Bloomberg"in sorğusu da Çində iqtisadi perspektivin pisləşməsi ilə bağlı gözləntilərin artdığını göstərib.
İndex.az xəbər verir ki, Çində səlahiyyətli şəxslərin stimullaşdırıcı mesajlarına baxmayaraq, ortamüddətli perspektivdə iqtisadi artımın məhdudlaşdırılacağı ilə bağlı proqnozlar üstünlük təşkil edir.
"Bloomberg"in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, Çin 2023-cü ildə 5,2% artacaq.
Əvvəlki sorğuda bu artım 5,5% olaraq qiymətləndirilmişdi.
