Çin hökuməti kredit böhranı ehtimalı olan yerli hökumətlərə kredit dəstəyini artırıb.

İndex.az xəbər verir ki, Çinin ən böyük bankları yerli hökumət maliyyə qurumlarına verilən kreditlərin müddətini 25 ilə qədər artıraraq bu kreditlər üzrə müvəqqəti faiz ödənişi dəstəyi təklif ediblər.

Son aylarda Çin bankları yüksək reytinqli şirkətlərə və yerli hökumət qurumlarına maksimum 10 il müddətinə kreditlər verirdi.

Hətta, bəzi kreditlər 4 il müddətinə əsas borc və faiz ödənişi olmadan verilib.

Keçən il Guizhou şəhərində yerli hökumət maliyyə təşkilatı 20 ilə qədər müddətə 2,3 milyard dollarlıq krediti strukturlaşdırdı.