Yaponiyanın çip istehsalında istifadə olunan materialların Çinə ixracına tətbiq etdiyi məhdudiyyətlərin qüvvəyə minməsindən sonra Çin hökuməti Yaponiyanı çip sənayesini pozmamağa çağırıb.
İndex.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlamasında Yaponiyanın tətbiq etdiyi məhdudiyyətlərdən təəssüfləndiklərini və qərardan son dərəcə narahat olduqlarını bildirib.
Yaponiyanın qabaqcıl çip istehsalı avadanlıqlarının Çinə ixracına dair məhdudiyyətləri dünən qüvvəyə minib.
Məhdudiyyətlər Çinin smartfonlarda, süni intellektdə və digər tətbiqlərdə istifadə olunan qabaqcıl çiplərin hazırlanmasında istifadə edilən 23 materialın ixracını əhatə edir.
