Çin universitet məzunlarının süni intellekt sektoruna üz tutması üçün qapılarını açıb.

İndex.az xəbər verir ki, bəzi şəhərlərdə süni intellekt mühəndislərinin maaşları 2600 dollara qədər qalxıb.

Çində süni intellektə əsaslanan iş mövqelərinin orta aylıq gəliri 2600 dollara çatıb və son 3 ildə 40 faiz artıb.

Başda "ChatGPT" olmaqla məhsuldar süni intellekt sənayesinə böyük tələbat olduğu bildirilir.

Süni intellektdən sonra blokçeyn texnologiyaları ən populyar ikinci peşə qrupudur.

Bu peşə qrupunun da orta aylıq gəliri 2000-2300 dollar arasındadır.

Xian və Hefei kimi şəhərlərdə texnologiya sektoruna investisiyalar artır və universitet məzunlarını bura cəlb etməyə çalışırlar.