Çin növbəti il diqqətini sənayeyə yönəldəcək.
İndex.az xəbər verir ki, Çin administrasiyası gələn il sənayeyə daha çox üstünlük vermək qərarına gəlib.
Ölkənin illik iqtisadi əmək konfransından verilən açıqlamada sənaye ilə yanaşı texnoloji innovasiya, rəqəmsal iqtisadiyyat və süni intellektə diqqət yetirilməsinə çağırılıb.
İclasda istehlakçıların xərclərini artırması üçün yolların tapılması, şirkətlərin daha yüksək əlavə dəyərli məhsullar istehsal etməsi, iqtisadi artımı yüksəltmək üçün daha aqressiv qərarların qəbul edilməsi müzakirə olunub.
