Çin avqust ayından bəri ilk dəfə bir illik və beş illik əsas kredit faizlərini hər birini 10 baza bəndi aşağı salıb.
İndex.az xəbər verir ki, Çin Mərkəzi Bankı (PBOC) 1 və 5 illik Kredit Faizlərini 10 əsas bənd aşağı salaraq, müvafiq olaraq 3,55 və 4,20%-ə endirib.
İqtisadçıların gözləntisi isə uçot dərəcələrinin müvafiq olaraq 3,55% və 4,15%-ə endirilməsi idi.
5 illik istinad baza faiz dərəcəsi ölkədə ipoteka kreditləri üçün etalondur.
Bəzi analitiklər mənzil sektorundakı problemlərə görə 5 illik istinad baza dərəcəsinin daha da aşağı salına biləcəyi qənaətində idilər.
