Beynəlxalq investisiya bankı "Goldman Sachs" bazar günü Çin üçün iqtisadi artım proqnozlarını aşağı salıb.
İndex.az xəbər verir ki, "Goldman Sachs", Çinin "COVID"dən sonra bərpasının zəifləməsinin son əlaməti olaraq Çin iqtisadiyyatı üçün artım proqnozlarını aşağı endirib.
"Goldman"dan verilən açıqlamada bildirilib ki, hökumət iqtisadiyyata əvvəllər düşünüldüyündən daha az dəstək verəcək.
Beləliklə investisiya bankı 2023-cü il üçün Ümumi Daxili Məhsul (ÜDM) proqnozunu 6%-dən 5,4%-ə endirərək, bu il Çinin iqtisadi bərpası ilə bağlı gözləntilərini azaldan digər böyük banklar siyahısına qoşulub.
