Çinin istehsal və xidmət sektorları iqtisadiyyatın zəiflədiyini göstərib.

İndex.az xəbər verir ki, Milli Statistika Bürosunun yaydığı məlumata görə, rəsmi istehsalat satınalma menecerləri indeksi (PMI) noyabr ayında 49,4-ə düşüb.

Bu isə, ardıcıl ikinci ayda da iqtisadi zəifləmənin olduğunu göstərir.

İqtisadçılar indeksin 49,8-ə çatacağını gözləyirdilər.

Qeyd edək ki, oktyabr ayında indeks 49,5 olaraq qeydə alınmışdı.

Tikinti və xidmət sektorlarını ölçən qeyri-istehsal indeksi də geriləyərək 50,2-ə düşüb. Bu məlumat üçün gözləntilər isə 50.9 olaraq təyin olunmuşdu.