Çinin Vaşinqtondakı səfiri Şie Fınq ABŞ-ın Çinə doğru atdığı addımları və iki ölkə arasındakı əlaqələri dəyərləndirib.
İndex.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfiri Şie Fınq, ABŞ-ın Kolorado ştatında keçirilən Aspen Təhlükəsizlik Forumunda etdiyi çıxışında ABŞ-ın Çinin çip sənayesi və investisiyalarını hədəfləyən milli təhlükəsizlik tədbirlərinə Çin tərəfindən cavab verilə biləcəyi barədə xəbərdarlıq edib.
"Çin barmağını tərpətmədən dayana bilməz. Biz təxribat etməyəcəyik, amma təxribatlardan qorxmayacağıq. Biz ticarət və ya texnologiya müharibəsi istəmirik".
