Çin Kommunist Partiyası Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi İndoneziyanın paytaxtı Cakartada davam edən ASEAN Xarici İşlər Nazirləri toplantısı çərçivəsində sinqapurlu həmkarı Vivian Balakrişnan və üzv ölkələrin nazirləri ilə görüşüb.
İndex.az xəbər verir ki, "Sinxua" agentliyinin xəbərinə görə, Vanq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında keçirilən toplantıda Assosasiya üzvlərini azad ticarət zonası ilə bağlı razılaşmaların sürətləndirilməsinə çağırıb.
ASEAN-ın azad ticarət müqavilələrinin Asiyada sülh və inkişafa töhfə verəcəyini ifadə edən Vanq, Çin-ASEAN Azad Ticarət Zonası ilə bağlı razılaşmaların yenilənməsi üçün danışıqların sürətləndirilməsinə çağırıb.
Vanq, həmçinin Sinqapur ilə ikitərəfli münasibətlərin və əməkdaşlığın yaxşılaşdırılması üçün qarşılıqlı addımlar atmağa hazır olduğunu, həmkarı Balakrişnan isə Çinin ASEAN-ın ən böyük ticarət tərəfdaşı olduğunu və ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün mühüm layihələrin planlaşdırıldığını bildirib.
