Çin ABŞ-ın beş müdafiə sənayesi şirkətinə sanksiya tətbiq ediləcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, sanksiyalar Tayvanda yanvarın 13-də keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində tətbiq ediləcək və Çin bunu müharibə ilə sülh arasında seçim olacağını düşünür.

Ötən ay ABŞ Dövlət Departamenti Tayvanın taktiki informasiya sistemlərinin qorunmasına kömək etmək üçün 300 milyon dollarlıq avadanlıq satışını təsdiqləyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında bildirib ki, son silah satışı Çinin suverenliyi və təhlükəsizlik maraqlarını ciddi şəkildə pozur və Tayvan boğazında sülh və sabitliyə ciddi təhlükə yaradır.

Sanksiyaya məruz qalacaq şirkətlər "BAE Systems Land and Armaments", "Alliant Techsystems Operations", "AeroVironment", "Viasat" və "Data Link Solutions" kimi siyahıya alınıb.

Sözçü bildirib ki, Çin bu şirkətlərin aktivlərini donduracaq və Çindəki şəxslər və ya təşkilatlara bu şirkətlərlə əlaqə qurmağı qadağan edəcək.