Çin milli kosmos proqramı çərçivəsində 2024-cü ildə kosmosa 100 buraxılış etməyi planlaşdırır.
İndex.az xəbər verir ki, Çin bu il edəcəyi 100 buraxılışda kosmosa 300-dən çox peyk və nəqliyyat vasitəsi göndəriləcək.
Çin, illik buraxılışların sayını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.
Buraxılışların 70-i kosmik proqramın əsas daşıyıcı sistemi olan “Long March” raketləri ilə CASC tərəfindən, qalanları isə onların hazırladığı raketlərlə özəl şirkətlər tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki. Çin 2023-cü ildə 67 buraxılış həyata keçirib, onlardan 17-si özəl şirkətlər tərəfindən həyata keçirilib.
Bu il Çinin Yer orbitində qurduğu "Tienqonq Kosmik Stansiyası"na iki insanlı uçuş və iki yük uçuşu həyata keçiriləcək.
Ayın uzaq tərəfi ilə əlaqə Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanması məqsədi daşıyan "Cang'i 6" roveri ilə təmin ediləcək.
“Quechiao 2” relay peyki 2024-cü ilin birinci yarısında orbitə buraxılacaq.
Çin və Fransanın ortaqlığı ilə hazırlanan "Dəyişən Kosmik Obyekt İzləmə Peyki" (SVOM) və Çin ilə İtaliyanın ortaq hazırladığı "Çin Seysmo-Elektromaqnit Peyki" (CSES) də bu il kosmosa göndəriləcək.
