"ChatGPT" çatbotunun sentiyabr ayı üzrə gəlirləri açıqlanıb.
İndex.az xəbər verir ki, sentyabr ayında "ChatGPT" çatbotu bütün dünyada iOS və "Android" proqramlarında 15,6 milyon yükləmə ilə təxminən 4,58 milyon dollar ümumi gəlir əldə edib.
"ChatGPT"nin mobil səyləri isə həm müsbət, həm də mənfi nəticələr verib.
Müsbət tərəf odur ki, AI çatbot tətbiqi üzrə quraşdırmaların sayını və gəlirlərini artırmağa davam edib.
Lakin "Appfigures"in yeni məlumatlarına görə, gəlir artımı yavaşlamağa başlayıb.
Son bir neçə ayda gəlir artımı iyulda 31, avqustda isə 39% olduğu halda, sentyabrda bu nisbət 20%-ə düşüb.
"Apple" və "Google" tətbiqdaxili alış gəlirlərində öz paylarını aldıqdan sonra, sentyabrda xalis gəlir təxminən 3,2 milyon dollar olub.
