NATO Hərbi Komitəsinin sədri vəzifəsini də icra edən Pavel Ukraynada davam edən müharibə ilə bağlı “The New York Times”a açıqlamalar verib.
İndex.az xəbər verir ki, Ukraynada 31 aya yaxındır davam edən müharibənin yaratdığı yorğunluğun bir çox sahədə hiss olunduğunu bildirən Pavel, Ukraynanın işğal etdiyi torpaqlarını geri almaq üçün realist olması lazım olduğunu vurğuladı.
“Müharibənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında qalması olacaq”, - Pavel deyib.
Rusiya və Ukraynanın müharibə ilə bağlı ən yüksək hədəflərinə çata bilməyəcəklərinə diqqət çəkən Pavel, Ukrayna və ya Rusiyanın məğlub olmasından danışmağın real olmadığını bildirib.
Çexiyanın xarici işlər naziri Yan Lipavski də prezident Pavelin fikirləri ilə razılaşdığını bildirib və Ukraynanın hazırda bütün torpaqlarını geri ala bilməyəcəyini düşündüyünü bəyan edib.
