Koreya Bankının rəhbəri uçot dərəcəsi ilə bağlı bir sıra açıqlama verib.
İndex.az xəbər verir ki, Koreya Mərkəzi Bankının sədri Rhi Çanq-yonq bildirib ki, uçot dərəcəsinin azaldılması barədə danışmaq hələ tezdir.
Cənubi Koreya Mərkəzi Bankının Asiyada sərtləşmə dövründə faiz artımına fasilə verən ilk banklardan biri olması, tezliklə uçot dərəcələrini aşağı salacağı ilə bağlı bazar spekulyasiyalarına səbəb oldu.
Lakin Rhi, Asiya İnkişaf Bankının İnçeonda keçirilən illik toplantısında verdiyi müsahibədə bu gözləntilər üçün hələ tez olduğunu söylədi:
“Baza inflyasiyamızın hələ də hədəfimizdən xeyli yüksək olduğunu nəzərə alaraq, aprel ayında inflyasiyanın 4%-dən aşağı düşdüyünü və beləliklə də azaldığını açıqladıq. Buna baxmayaraq, hədəfdən yüksək olduğunu nəzərə alsaq, məncə gözləməliyik".
