BYD Hindistanda elektrikli avtomobil və akkumulyator istehsalı üçün investisiya qoyacaq
İndex.az xəbər verir ki, Çinin BYD şirkəti Hindistanda yerli şirkətlə birgə elektrik avtomobilləri və akkumulyatorlarının istehsalı üçün 1 milyard dollarlıq investisiya təklifi hazırlayıb.
Məlumata görə, BYD və "Megha Engineering and Infrastructures" Hindistan tənzimləyicilərinə elektrikli avtomobil müştərək müəssisəsi yaratmaq üçün təklif təqdim ediblər.
Paylaşılan məlumata görə, BYD Hindistanda hetçbeklərdən tutmuş lüks modellərə qədər elektrikli avtomobillər istehsal etməyi hədəfləyir.
