Beynəlxalq Valyuta Fondu (BVF) 17-18 iyul tarixlərində Hindistanın Qandinaqar şəhərində keçiriləcək G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Görüşündən əvvəl “G20 Müşahidə Notu” hesabatını dərc edib.
İndex.az xəbər verir ki, BVF qlobal iqtisadiyyatın birinci rübdə artım proqnozlarını bir qədər üstələdiyini bildirib.
Buna baxmayaraq məlumatlar sürətin yavaşlaması əlamətləri və müqavimət sahələri ilə qarışıq mənzərə nümayiş etdirir.
Hesabatda qlobal iqtisadiyyatın çətin bir dövrdən keçdiyi və aprel ayında dərc edilən "Dünya İqtisadi Görünüş" hesabatına görə, bu ilin ilk rübünün müsbət sürpriz olduğu bildirilib.
