Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva Avro Qrupunun Lüksemburqda keçirilən iclasından sonra mətbuata açıqlama verib.

İndex.az xəbər verir ki, BVF prezidenti Kristalina Georgiyeva "Avrozona"da artım üçün aşağı istiqamətli risklərin və inflyasiya üçün yuxarı risklərin olduğunu və qeyri-müəyyənliyin yüksək olaraq qaldığını bildirib.

"Avrozona" iqtisadiyyatının Rusiya-Ukrayna müharibəsi ilə böyük ticarət itkilərinə baxmayaraq dayanıqlılıq nümayiş etdirdiyinə diqqət çəkən Georgieva, "Avrozona" iqtisadiyyatının 2023-cü ilin əvvəlində yüngül texniki tənəzzülə girdiyini, lakin iqtisadi fəallığın tədricən bərpa olunacağını bildirib.

Georgiyevanın sözlərinə görə, inflyasiya aşağı düşməyə başlasa da, hələ də hədəfdən xeyli yuxarıdır:

""Avrozona"da qeyri-müəyyənlik yüksək olaraq qalır. Çünki artım üçün risklər azaldığı halda, inflyasiya yüksəlir".