Qlobal mərkəzi banklar inflyasiya ilə mübarizəni davam etdirərkən, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Avropa Mərkəzi Bankı (AMB) və İngiltərə Bankına (İB) faiz dərəcəsi ilə bağlı xəbərdarlıqlar edilib.

İndex.az xəbər verir ki, BVF AMB və İB-ni faiz artımı ilə bağlı ehtiyatlı addımlar atmağa çağırıb.

BVF-dan edilən bəyanatda bildirilib ki, əgər hər iki bank uçot dərəcələrini artırmağa davam edərsə, istiqrazların gəlirliliyindən tutmuş maliyyə stressinə qədər bir çox potensial risklərlə üzləşə bilərlər:

"Böyük Britaniya və "Avro Bölgəsi" banklarında orta kapital və likvidlik buferləri qənaətbəxş olsa da, son bank böhranı likvidlik böhranının və maliyyə stressinin nə qədər tez üzə çıxa biləcəyini nümayiş etdirdi. Xüsusilə başqa bir stress, zəif maliyyələşən bankların buferlərinin əriməsinə səbəb oldu. Bankların kredit və geniş maliyyə şərtlərinin kəskin şəkildə pisləşməsi yenə bu hallara səbəb ola bilər".