ABŞ məhkəməsi kriptovalyuta aktivlərini ləğv etmək üçün müflis olmuş kriptovalyuta birjası FTX-in tələbini təsdiqləyib.

İndex.az xəbər verir ki, ABŞ İflas Məhkəməsinin hakimi Con Dorsi Delaver ştatının Vilminqton şəhərində keçirilən məhkəmə iclasında FTX-in kripto aktivlərini satmaq tələbini təsdiqləyib.

Beləliklə, FTX-ə həftədə 100 milyon dollara qədər kriptovalyuta satmağa icazə verilib.

Dinləmədə Dorsey, FTX-in satışlarının kriptovalyutaların dəyərinin azalmasına səbəb ola biləcəyi və FTX-in hesablarındakı bütün kriptovalyutaların şirkətə aid olmaması ilə bağlı iddiaları rədd edib.