“Bu dəfə mənzil seçimi prosesi hüquq-mühafizə orqanları tərəfindən nəzəratə götürülüb”.
İndex.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı güzəştli mənzillərin satışı ilə bağlı danışarkən bildirib.
O, qeyd edib ki, hər hansı qeyri-qanuni müdaxilə olarsa dərhal tədbir görüləcək.
Fərman Qurbanlı vurğulayıb ki, bu dəfə Yasamal-2 yaşayış kompleksindən 18 binada 815 mənzil satışa çıxarılacaq.
Qeyd edək ki, mənzil seçimi 11:00-da başlayacaq.
Mənbə - Qafqazinfo
