Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin I yarısındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
İndex.az xəbər verir ki, bunlar “Bank Avrasiya”, “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı” və “Premium Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.Ən çox azalma Pakistan bankında (100%), ən az azalma isə “Bank Avrasiya”da (4,7%) qeydə alınıb.
Qalan 18 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (79%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (7,1%) qeydə alınıb.
5 bankın yarım illik faiz xərcləri 25 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı faiz xərcləri 25 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (40,169 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (35,661 milyon manat) ASC-lər, “Access Bank” QSC (26,869 milyon manat), “Unibank” (26,451 milyon manat) və “PAŞA Bank” (25,044 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 5-də faiz xərcləri 10-25 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır.
Mənbə - Renkinq
