"Centrica"nın açıqladığı maliyyə nəticələrinə görə, ilin ilk yarısında "British Gas"-ın qazancları böyük artım göstərib.

İndex.az xəbər verir ki, İngiltərənin ən böyük enerji təchizatı şirkəti olan "British Gas"ın bu ilin ilk yarısında qazancı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 900% artaraq 969 milyon funt-sterlinqə çatıb.

Ötən ilin birinci yarısında şirkətin mənfəəti 98 milyon funt sterlinq olmuşdu.