Braziliya Mərkəzi Bankı (BMB) 50 əsas bəndlik endirimlər seriyasını davam etdirir.
İndex.az xəbər verir ki, BMB-nin Pul Siyasəti Komitəsi etalon kredit dərəcəsini (Selic) 12,25%-dən 11,75%-ə endirib.
Beləliklə, "Selic" məzənnəsi 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
BMB-nin sorğusuna görə, iqtisadçılar "Selic"in 2024-cü ili 9,25%-lə başa vuracağını gözləyirlər.
Mərkəzi Bank inflyasiyanın zəiflədiyini və qlobal iqtisadiyyatın yaxşılaşdığını etiraf etsə də, növbəti addımları üçün sabit proqnozu qoruyub.
