2023-cü ilin ikinci rübünün nəticələrinə görə, qalıq yanacaq qiymətlərinin azalması, zəif neft ticarəti, aşağı emal marjası və təmir işləri BP-nin mənfəətinə birbaşa təsir edib.
İndex.az xəbər verir ki, Britaniyanın enerji şirkəti BP-nin ikinci rübdə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 70% azalaraq 2,6 milyard dollar təşkil edib.
Britaniya şirkətinin keçən ilin ikinci rübündəki mənfəəti 8,5 milyard dollar olmuşdu.
Qeyd edək ki, analitiklər şirkətdən ikinci rübdə 3,5 milyard dollar mənfəət gözləyirdilər.
BP-nin bu ilin birinci rübündə mənfəəti təxminən 5 milyard dollar təşkil edib.
Şirkət həmçinin 1,5 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb.
