Rusiya rəsmiləri, Müdafiə Nazirliyinin 2023-cü ildə gündəlik 1600 əsgəri işə götürəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat məlumatlarına görə, təkcə Rusiya Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 610 mindən çox itki vermiş ola bilər.

Rusiya rəsmiləri, Müdafiə Nazirliyinin 2023-cü ildə gündəlik 1600 əsgəri işə götürəcəyini açıqlayıb. Ancaq bu il ictimaiyyətə açıqlanan rəqəmlər bu nisbətin gündə 1000 civarında olduğunu göstərir.

“Washington Post” Rusiyanın hücuma başlamasından sonra ölən və ya yaralanan Ukrayna və Rusiya əsgərlərinin ümumi sayının bir milyona çatdığını iddia edir.

Wall Street Journal (WSJ) bu ilin əvvəlindən məsələ ilə tanış olan mənbələrin məxfi məlumatlarına əsaslanaraq, ölən Ukrayna əsgərlərinin sayının 80 min, yaralıların sayının isə 400 min olduğunu yazıb.

Qəzetin yazdığına görə, Qərb kəşfiyyatçılarının Rusiya itkiləri ilə bağlı təxminləri müxtəlifdir. Bəzilərinə görə, ölənlərin sayı 200 min, yaralıların sayı isə 400 min civarındadır.