Pərakəndə satış sektorunda artım səbəbiylə Böyük Britaniya iqtisadiyyatı aprel ayında yenidən bərpa olub.
İndex.az xəbər verir ki, istehsal və tikinti sektorlarında olan sıxıntılara baxmayaraq, Böyük Britaniya iqtisadiyyatı aprel ayında pərakəndə satış sektorunda baş verən canlanma hesabına böyüyüb.
Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, aprel ayında Böyük Britaniya iqtisadiyyatı 0,2% artıb.
Son üç aya nəzər saldıqda isə iqtisadiyyatın 0,1% artığını görürük.
Bununla yanaşı aprel ayında Xidmətlər sektoru 0,3% artarkən, İstehsal sektoru isə 0,3% azalıb.
