Böyük Britaniya iqtisadiyyatı tənəzzül riski altındadır
İndex.az xəbər verir ki, iqtisadçıların fikrincə, Böyük Britaniyada məlumatların və aparıcı sektor göstəricilərinin son zamanlar zəifləməsi ölkə iqtisadiyyatının tənəzzülə girəcəyi ilə bağlı narahatlıqları artırıb.
Belə ki, "Nationwide" tərəfindən edilən açıqlamada, mənzil qiymətlərinin iyul ayında 3,8% azalaraq son 14 ilin ən kəskin düşüşünü yaşaması ön plana çəkilib.
Beynəlxalq kredit dərəcələndirmə təşkilatı "Standard & Poor's"un ölkədəki istehsal sənayesindəki "Satınalma Menecerləri İndeksi"nin (PMI) iyul ayında 46,5-dən 45,3-ə düşməsi ilə əlaqədar qiymətləndirməsində, İngiltərədə istehsal sənayesindəki enişin iyulda sürətləndirdiyini bildirib
"Alianz"ın baş iqtisadçısı Mohamed El-Erian "BBC Radio 4"ə verdiyi müsahibədə, ictimaiyyətin artan mənzil kreditlərinin yükünü və şirkətlərin də yüksək borc alma xərclərinin çoxaldığını hiss etdiyini, lakin buna qlobal fəaliyyətin kömək etmədiyini söylədi.
