"Bosch", avtomobil sənayesində dəyişən tələblərə və texnologiyalara uyğunlaşmaq üçün 2025-ci ilin sonuna qədər Almaniyadakı iki müəssisəsində 1500 nəfəri işdən çıxarmağa hazırlaşır.

İndex.az xəbər verir ki, "Bosch"un yaydığı məlumata görə, Baden-Vürtemberq əyalətindəki "Stuttgart-Feuerbach" və "Schwieberdingen" fabriklərinin avtomobil departamentində Ar-Ge, idarəetmə və çəkiliş sahələrinin 1500-ə qədər personalı ilin sonuna qədər işdən çıxarılacaq.

Şirkətin açıqlamasında qeyd edilib ki, "Bosch" işçilər başqa departamentlərə köçürərək, erkən təqaüdə çıxararaq və ya könüllü ixtisar müqavilələri vasitəsilə ixtisarları həyata keçirəcək.

Almaniyanın aparıcı avtomobil jurnalı "Automobilwoche", "Bosch"da işçilərin ixtisarı üçün işçi nümayəndələri ilə danışıqların hazırda davam etdiyini açıqlayıb.