Yaponiya Bankı bu gün növbəti iclasını keçirib.
İndex.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) bugünkü iclasında sərbəst pul siyasətini davam etdirərək inflyasiyanın gözləniləndən daha güclü olmağına baxmayaraq, iqtisadi bərpanı dəstəkləmək üçün uçot dərəcələrini yüksəltmədi.
BOJ iki günlük iclasında gözlənildiyi kimi qısamüddətli uçot dərəcəsi hədəfini -0,1%, 10 illik istiqraz gəlirləri üçün hədəfini isə 0% ətrafında saxladı.
BOJ, həmçinin gəlir əyrisi nəzarəti altında müəyyən edilmiş 10 illik gəlirlik üçün 0.5% həddi ilə bağlı heç bir dəyişiklik etməyib.
Bank davamlı şəkildə 2%-lik qiymət sabitliyi hədəfinə nail olmaq üçün Yaponiya üçün stimulları davam etdirmək qərarına gəlib.
