Asiya bazarları Yaponiya Bankının faiz qərarından sonra ucuzlaşıb.

İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" 1,33%, "Topix" isə 1,03% ucuzlaşıb.

Avstraliyada "S&P/ASX 200" indeksi gözləntilərini üstələyərək 1,03% azalıb.

Digər bazarlardan fərqli olaraq Cənubi Koreyada "Kosdaq" 2,06%, Honkonqda "Hang Seng" indeksi 0,55% artıb.

Çində "Şanxay Kompozit" İndeksi 0,54%, "Şenzen Komponent" indeksi isə 0,87% ucuzlaşıb.