"Boeing"in elektrikli uçan taksisi ilk uçuşunu həyata keçirib
İndex.az xəbər verir ki, "Boeing"in törəmə şirkəti "Wisk Aero" tərəfindən qısa məsafələrə daşımalarda istifadə üçün hazırlanmış "eVTOL" təyyarəsi ilk uçuşunu həyata keçirib.
"Wisk" şirkəti 2010-cu ildə "Zee Aero" adı ilə yaradılıb.
Daha sonra "Kitty Hawk" şirkəti ilə birləşən şirkət, beşinci nəsil elektrikli hava taksisini inkişaf etdirdi və "Boeing"dən sərmayə aldı.
Sonda bütün şirkəti satın alan "Boeing", gələcəkdə qısa məsafəli uçuşlarda istifadə üçün "eVTOL" təyyarəsini inkişaf etdirməyə davam edir.
6-cı nəsli hazırlanmış elektrik təyyarəsi 4 nəfəri daşıya bilir və 145 km uçuş məsafəsinə malikdir.
Avtonom uçuş xüsusiyyətlərinə də sahib olan təyyarəni 15 dəqiqəyə doldurmaq olar.
