BMW və "Mercedes" yeni avtomobillərində istifadə edəcəyi ekranlar və audio funksiyalar üçün anlaşma əldə edib.
İndex.az xəbər verir ki, BMW və "Mercedes"in yeni avtomobillərində istifadə edəcəyi ekranlar və audio funksiyalar üçün tələb olunan çiplər və platformalar ABŞ-ın yarımkeçirici şirkəti "Qualcomm" tərəfindən təmin ediləcək.
"Qualcomm" bir müddətdir ki, avtomobil istehsalçıları ilə məlumat-əyləncə sistemlərindən tutmuş nəqliyyat vasitələrində sürücüyə yardım sistemlərinə qədər funksiyaları gücləndirmək üçün işləyir.
Bəyanatda qeyd edilib ki, "Qualcomm" BMW-yə ağıllı və mürəkkəb təcrübələr təqdim etmək üçün yüksək performanslı "Snapdragon Digital Chassis Snapdragon Automotive Cockpit", "Auto Connectivity" və "Ride" platformalarını təklif edəcək.
