Alman avtomobil şirkəti BMW, İngiltərədəki müəssisələrində yeni nəsil elektrik avtomobillərinin istehsalı üçün 600 milyon funt sterlinq sərmayə qoyacağını açıqladı.

BMW-dən verilən açıqlamada bildirilib ki, şirkət Oksforddakı Mini istehsal müəssisəsini modernləşdirmək və yeni nəsil elektrik avtomobillərinin istehsalına uyğunlaşdırmaq üçün 600 milyon funt sterlinq sərmayə qoymağa qərar verib.

Açıqlamada qeyd olunub ki, avtomobil şirkəti 2026-cı ildə iki yeni elektrikli Mini modelinin istehsalına başlamağı planlaşdırır.

İngilis ictimai yayımı BBC, sərmayənin İngiltərə hökuməti tərəfindən təxminən 75 milyon funt sterlinqlə dəstəklənəcəyi gözlənildiyini bildirdi.

BMW-nin qərarını şərh edən Britaniya Motorlu Nəqliyyat İstehsalçıları Cəmiyyətindən (SMMT) Mike Hawes bildirib ki, bu qərar ölkənin avtomobil sənayesinin gələcəyinə olan inamı əks etdirir.