FED-in Atalanta üzrə sədri Rafael Bostic uçot dərəcələri ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, FED-in Atlanta üzrə sədri Rafael Bostic bildirib ki, Federal Ehtiyat Sistemi, kəskin faiz artımının ABŞ iqtisadiyyatına təsirini daha yaxşı qiymətləndirməsi üçün FED uçot dərəcələrini ən azı bu ilin sonuna qədər mövcud səviyyələrdə saxlamalıdır:
"Biz ilin qalan hissəsində bu səviyyədə qalmalıyıq. Mən əslində düşünürəm ki, biz hələ də pul siyasətinin sərtləşdirilməsinin ən erkən mərhələlərindəyik və verdiyimiz qərarlar iqtisadiyyata birbaşa təsir edir. Bunun baş verməsinə icazə vermək və dəqiq necə olduğunu görmək üçün bir az vaxtımız var.”
