"Bitcoin"in qiyməti yüksələrək yeni tarix yazmağa davam edir.
İndex.az xəbər verir ki, "Bitcoin"in qiyməti 71 min dolları keçərək yeni rekord qırıb.
Belə ki, "Bitcoin"in qiyməti Bakı vaxtı ilə saat 12:39-da 71,330 dollara yüksələrək tarixinin ən yüksək zirvəsinə çatıb.
Dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin" bu ilin əvvəlindən dəyərini 70% artırıb.
Son bir ildəki artım isə 254% təşkil edib.
"Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 1,79% artaraq 2,68 trilyon dollara çatıb.
