"Bitcoin" bu yaxınlarda 44 min dollar səviyyəsini keçdikdən sonra ynidən dəyər itirərək 40 min dollara düşüb.
İndex.az xəbər verir ki, "Glassnode" analitikləri bildiriblər ki, "Bitcoin" 44 min 500 dollar səviyyəsinə yüksəldikdən sonra müqavimətlə üzləşib, lakin qısamüddətli investorlar bu yüksəlişdən qazanc əldə etməyi bacarıb.
Platformanın ekspertləri "Bitcion"in yüksəlişindən sonra tələbatın doyduğunu və aparıcı kriptovalyutanın bir növ yorulduğunu şərh ediblər.
Yüksəlişdən sonra 40 min dollar səviyyəsinə düşən və kiçik bir canlanmadan sonra indiki qiyməti 41 min 700 dollara yüksələn "Bitcoin" üçün 2024-cü il proqnozları optimist görünür.
"CryptoQuant" tərəfindən dərc edilən hesabatda "Bitcoin"in 2024-cü ilin əvvəlində 50 min dollar ilə 53 min dollar arasında bahalaşa biləcəyi göstərilir.
Qısamüddətli investorlar tərəfindən qazanc satışı səbəbiylə azaldığı düşünülən "Bitcoin", son bir ildə 133% artsa da, bütün zamanların ən yüksək səviyyəsindən 39% aşağı mövqedədir.
