"Bitcoin" qiymətlərində yüksəliş davam etdikcə, "Bitcoin" mədənçilərinin gündəlik qazancı tarixinin ən yüksək səviyyəsinə çatıb.
İndex.az xəbər verir ki, açıqlanan "CryptoQuant" məlumatlarına görə, "Bitcoin" mədənçisinin gündəlik gəliri 78,6 milyon dollara çatıb.
Bununla da, "Bitcoin" mədən gəlirləri 2021-ci ilin aprelində qeydə alınmış rekord göstəricini geridə qoymağı bacarıb.
Qeyd edək ki, "Bitcoin" mədənçiləri istifadəçilər tərəfindən onlara ödənilən rüsumlardan, həmçinin əməliyyatları yoxlamaq və blokçeyn şəbəkəsinə əlavə etmək üçün onlara verilən yeni sikkələrdən pul qazanırlar.
Mədənçilərin gəlirlərindəki artımın əsas səbəbi, ilin əvvəlindən bu günə kimi "Bitcoin"in qiymətinin 70% artmasıdır.
Xatırladaq ki, "Bitcoin"in qiyməti 73 min dollara yaxınlaşaraq rekord səviyyəyə çatıb.
