İnvestisiyaların idarə edilməsi şirkəti "Ark Invest"in baş direktoru Keti Vud aparıcı kriptovalyuta "Bitcoin" haqqında inanılmaz proqnoz verib.
İndex.az xəbər verir ki, "Bitcoin ETF" tətbiqi ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasından cavab gözləyən "Ark Invest"in top meneceri Vud, son müsahibəsində SEC-in "Bitcoin ETF" tətbiqi ilə bağlı suallar verməyə başladığını bildirib.
Vudun sözlərinə görə, normal şəraitdə SEC "Ark Invest"in müraciətlərini birbaşa rədd etsə də, "Bitcoin EFT" tədbiqindən sonra diqqət yetirməyə başlayıb.
"Yahoo Finance"ə verdiyi açıqlamada Vud, "Bitcoin"in 600-650 min dollara qədər artacağını proqnozlaşdırıb.
"Bitcoin" tədarükünün məhdud olduğunu vurğulayan Vud, institusional investorların tezliklə bazara axın edəcəyinə diqqət çəkdi.
