"Bitcoin" qlobal bazarlarda ABŞ inflyasiyasının aşağı düşməsi ilə baş verən yüksəlişi qaçırdı.

İndex.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, ABŞ-da inflyasiya gözləntilərin altında qaldıqdan sonra bazarlardakı müsbət atmosferin "Bitcoin"ə təsir etməmə səbəbi ABŞ-ın ələ keçirdiyi "Bitcoin"lərin bir hissəsinin satacağı ilə bağlı iddiaların olmasıdır.

Qeyd edək ki, ABŞ bazarlarında inflyasiya gözləntilərin altında olduğu üçün FED-in sərtləşdirmə siyasətinin sona çatması ilə bağlı artan qiymətlər səhmlərin və istiqrazların yüksəlməsinə səbəb olsa da, ən böyük rəqəmsal aktiv olan "Bitcoin" ötən günə nəzərən 0,7% dəyər itirib.

İnvestisiya bazarının ən böyük şirkətlərindən biri olan "Blackrock", bazarda rəqəmsal aktivlərə sərmayə qoymaq üçün birja ticarəti fonduna başlasından sonra "Bitocin", iyun ayında yaşadığı kəskin yüksəlişin ardından bu ay sabit qaldı.