Kriptovalyuta birjası "Binance" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən ona qarşı qaldırılan iddianın rədd edilməsini istəyib.

İndex.az xəbər verir ki, məhkəmə iclasında SEC müəyyən kriptovalyuta aktivlərinə nəzarət etmək səlahiyyətinin olduğuna diqqət çəkərkən, "Binance" isə qaydaları pozması və fırıldaqçılıq etməsi ilə bağlı iddiaların rədd edilməsini istəyib.

Hakim Cekson "Binance" hüquqşünaslarından işi dayandırmaq üçün əsas arqumentləri soruşsa da, o, məsələ ilə bağlı qərar qəbul etməyib.

Xatırladaq ki, 2023-cü ilin iyun ayında SEC kriptovalyuta birjası "Binance" və şirkətin təsisçisi Çanqpenq Zhaoya qarşı 13 ittihamla məhkəməyə müraciət edib.