"Binance"dən verilən bir sıra açıqlamalar diqqət mərkəzinə düşüb.
İndex.az xəbər verir ki, "Binance"dən edilən açıqlamada, kriptovalyutanın ənənəvi maliyyə sistemlərindən daha sürətli yetişdiyini və tarixinin cəmi 10 illik olmasına baxmayaraq, daha çox təhlükəsizlik xüsusiyyətləri təqdim etdiyini bildirilib.
Hər fürsətdə maliyyə savadlılığının vacibliyinə diqqət çəkən və mövcud olduğu hər ölkədə araşdırmalar aparan "Binance", kriptovalyuta ilə bağlı mənfi şərhlərin heç bir əsası olmayan məzmun olduğunu qeyd edib.
Bununla yanaşı "Binance"dən verilən açıqlmada qeyd olunub ki, ənənəvi maliyyə sistemində hər il 2 trilyon ABŞ dolları yuyulur!
Blokçain analiz firması "Chainalysis" tərəfindən hazırlanan "2022 Kripto Cinayət Hesabatı"nda bildirilib ki, 2021-ci ildə kriminal fəaliyyət bütün kriptovalyuta əməliyyatlarının yalnız 0,15%-ni təşkil edib ki, bu da 2020-ci ildə qrydə alınan 0,62%-lik göstəricidən xeyli azdır.
