ABŞ-ın “Microsoft” proqram təminatı şirkətinin yaradıcısı Bill Qeyts süni intellekt barədə bir sıra fikirlər səsləndirib.

İndex.az xəbər verir ki, Bill Qeyts süni intellekt texnologiyalarının təhsildən tutmuş sağlamlığa qədər insan həyatının bir çox sahələrini asanlaşdıracağını bildirib.

Qeytsin sözlərinə görə, sözügedən texnologiya təlim keçə, sağlamlıqla bağlı tövsiyələr verə, kod yazmağa kömək edə və texniki dəstək zənglərində kömək edə bilər.

Qeyts süni intellektin təhsil və tibb sahələrinə inteqrasiyasının əla olacağını və bu texnologiyanın həm də çoxlu fiziki avadanlıq tələb etdiyi üçün yüksək əlçatan olduğunu bildirib.