"Beko" "Whirlpool"un iki törəmə müəssisəsini satın alır.
İndex.az xəbər verir ki, "Beko" "Whirlpool"un Yaxın Şərq və Şimali Afrika (MENA) bölgəsindəki iki törəmə şirkətini 20 milyon avroya alacaq.
"Arçelik"dən verilən açıqlamada, "Whirlpool"un BƏƏ və Mərakeşdə qurulan iki törəmə şirkətinin "Beko" tərəfindən satın alınması üçün müqavilə imzalandığı açıqlanıb.
İki şirkət MENA bölgəsində ağ əşyaların satışı və marketinqi sahəsində fəaliyyət göstərir.
Sövdələşmənin tamamlanmasının 2023-cü ilin ikinci yarısında "Arçelik for Whirlpool Corporation" və "Whirlpool"un azlıq payına sahib olduğu "Arçelik"in Avropa əməliyyatlarının nəzarəti altında ortaqlığın qurulması ilə reallaşması gözlənilir.
